Polşada 66 yaşlı ölkə vətəndaşı Rusiya xeyrinə casusluq fəaliyyəti həyata keçirməkdə şübhəli bilinir.
“Vətənim-Azərbaycandır.az” “TASS”a istinadən xəbər verir ki, həmin şəxs ölkənin Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılıb.
Polşa vətəndaşının ölkənin mənafeyinə xələl gətirəcək fəaliyyətlər həyata keçirdiyi iddia edilir.