“Google” dünya şöhrətli alim Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar” əsərini təqdim etməsinin il dönümü ilə bağlı dudl hazırlayıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, dudlun üzərinə klik edərkən Lütfi Zadə ilə bağlı məlumatlar əldə etmək olur.Qeyd edək ki, L.Zadə 1964-cü il noyabrın 30-da “Qeyri-səlis məntiq” adlı innovativ riyazi çərçivəsi ilə dünyanı tanış edən “Qeyri-səlis çoxluqlar” əsərini təqdim edib.
