İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Əfqanıstan sərhədində baş verənlərə münasibət bildirib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.“Bu axşam sərhəd bölgəsində yerləşən kənd sakinləri arasındalı anlaşılmazlıq səbəbindən Sistan-Nimroz bölgəsində silahlı qarşıdurma baş verdi. Bu hadisə hər iki tərəfdəki sərhəd mühafizəçilərinin koordinasiyası ilə sona çatdı”, - o qeyd edib.
Agentliyin məlumatına görə, Sistan və Bəlucistan valiliyi hazırda hadisə yerində təhlükəsizliyin bərqərar olduğunu bildirib