Avstraliyanın Yeni Zelandiyaya baxan sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
"Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Sakit Okeanda baş verən zəlzələnin episentri Yeni Zelandiyanın Cənub adasının cənub sahilindəki Bluff limanından təxminən 1062 kilometr cənub-qərbdə yerləşib.
10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Zəlzələ və sunami nəticəsində dağıntı və tələfat barədə hələlik məlumat verməyib.