“NATO-nun Rusiyaya qarşı heç bir aqressiv niyyəti yoxdur. Alyans heç vaxt Rusiyaya hücum etməyib, etməyəcək də”.
“Vətənim-Azərbaycandır.az “Kommersant”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken amerikalı aparıcı Stiven Kolberə müsahibəsində deyib.
Blinken, həmçinin xatırladıb ki, Rusiya bir zamanlar NATO-ya üzv olmaqla bağlı təklifi rədd edib: “Bilirsinizmi, hələ 1990-cı illərdə Rusiyanın NATO-ya üzv qəbul edilməsindən danışılırdı. Rusiyalılar isə bunu qəbul etmədi”.