SON DƏQİQƏ

Rusiyalı diplomat “Heç vaxt ölkəmdən bu qədər utanmamışam” deyərək istefa verdi

Tarix:24-05-2022, 06:19 Oxunub:234

BMT-dəki rusiyalı diplomat Ukrayna ilə müharibəyə görə istefa verib.


Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Cenevrədə yerləşən BMT-dəki diplomatik missiyasının üzvü Boris Bondarev istefa ərizəsini təqdim edib.

“20 illik diplomatik karyeramda xarici siyasətimizdə çox fərqli cəhətlər görmüşəm, lakin heç vaxt ölkəmdən bu qədər utanmamışdım”, - istefa məktubunu Rusiya diplomatik nümayəndəliklərinə çatdıran Bondarev qeyd edib.

Bondarev Rusiya Xarici İşlər Nazirliyini hədəf alan açıqlamalar verib:

“Bu gün Xarici İşlər Nazirliyinin diplomatiya ilə heç bir əlaqəsi yoxdur. Hər şey müharibəni qızışdırmaq, yalan və nifrətlə bağlıdır".

Onun sözlərinə görə, Rusiya XİN-də onun mövqeyini bölüşənlər azdır, insanların çoxu təbliğata və hakimiyyətin onlara dediklərinə əməl edir.

Bondarev həmçinin istefasından sonra Cenevrəni tərk etmək fikrində olmadığını bildirib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman