Ağ Evin mətbuat katibi postunu tərk edən Cen Psaki payızda MSNBC kanalında işə başlayacaq və orada öz verilişini aparacaq.
“Vətənim-Azərbaycandır.az” xarici mediaya isitnadən xəbər verir ki, bu barədə kanalın prezidenti Rəşidə Cons bildirib.
Onun sözlərinə görə, proqram 2023-cü ilin birinci rübündə efirə gedəcək, layihə hazırlanıb və adı açıqlanmır. Prezident administrasiyasının keçmiş əməkdaşı həmçinin 2024-cü ildə keçiriləcək Konqresə aralıq seçkilərin və yeni prezident seçkilərinin işıqlandırılmasına cəlb olunacaq.
"Onun hökumətdəki geniş təcrübəsi MSNBC-ni fərqləndirən təhlil növünü təmsil edəcək”, - Cons açıqlamasında deyib.