Oklahoma ştatının Talsa şəhərində Sent-Fransis xəstəxanasının ərazisindəki binada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə xəstəxana kompleksinin tibb korpuslarından birində baş verib.
Polis atıcının güllə yarası aldığını güman edir. Hazırda hadisə yeri mühasirəyə alınıb, hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənlərin axtarışı üçün mərtəbə-mərtəbə yoxlamalar aparır.
Bir neçə nəfər yaralanıb, atıcı zərərsizləşdirilib. Zərərçəkənlərin vəziyyətinin ağırlığı və hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.