Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlığının aradan qaldırılacağını bildirib.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Kirbi ilk dəfə mətbuat qarşısında çıxışını ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü vəzifəsini tərk edib Ağ Evə köçdükdən sonra edib.
Prezident Co Baydenin bu gün Ukraynaya açıqladığı 1 milyard dollarlıq müdafiə və 250 milyon dollarlıq humanitar yardımı dəyərləndirən Kirbi jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı bu günki qiymətləndirmələri ilə bağlı suala Kirbi belə cavab verib:
“Biz bu məsələlərin həll olunacağına və Finlandiya və İsveçin NATO-ya üzv olacağına nikbinik”.
Kirbi, Finlandiya və İsveçin üzvlük üçün vaxt verə bilməyəcəyini, lakin bu mövzuda çalışdıqlarını bildirib:
"Biz bilirik ki, hər iki ölkə bu məsələlərin həlli üçün birbaşa Türkiyə ilə işləyir. Bu nöqtədə ən yaxşısı bu məsələni həll etməkdir.
Bunu suveren ölkələrin öhdəsinə buraxın”-deyə açıqlamasını yekunlaşdırıb.