Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında telefon danışığı baş tutub.
“Vətənim-Azərbaycandır.az” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçiriləcək sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Bu səhər cənab Baydenlə telefon danışığımız oldu. O bu axşam və yaxud sabah yenidən bir araya gəlmək istəyini ifadə etdi. Biz də “ola bilər” dedik”, - deyə Ərdoğan söyləyib.