SON DƏQİQƏ

Baydendən tarixi razılaşma ilə bağlı - Açıqlama

Tarix:29-06-2022, 04:32 Oxunub:271

ABŞ Prezidenti Co Bayden İsveç, Finlandiya və Türkiyəni NATO-ya üzvlüklə bağlı əldə edilən razılıq münasibətilə təbrik edib.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Bayden tviter hesabında paylaşım edib.

“Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik - bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi üçün əsas addımdır ki, bu da bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”, - o qeyd edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman