Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası başlayıb.
Vetenim-azerbaycandır.az xəbər verir ki, toplantı prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir. Türkiyə mətbuatı yazır ki, şuranın gündəliyində Qarabağdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı məsələ də var.
Həmçinin, Aralıq və Egey dənizlərindəki vəziyyət, İraqın şimalında antiterror əməliyyatları, Kipr məsələsi və digər təhlükəsizlik məsələləri toplantının gündəliyinə daxil edilib.