Bu barədə “Metro” nəşri xəbər verir.
Belə ki, Baramul şəhərində həkimlər evdə vaksinasiya aparanda xəstələrdən biri 124 yaşlı Rehti Bequm olub.
Təsadüf nəticəsində yaşı üzə çıxan Rehti Bequm 2018-ci ildən bəri Yer üzündə yaşayan ən yaşlı insan heab edilən yapon qadın Kane Tanakadan altı yaş böyükdür. Bundan əlavə, hindistanlı uzunömürlü 1997-ci ildə 122 yaşında vəfat edən fransalı Janna Kalmandan da yaşlıdır – o, bu günə qədər yaşamış ən yaşlı insan hesab olunur.
Həkimlərin sözlərinə görə, Rehti Bequm koronavirusa qarşı peyvənd olunub.