SON DƏQİQƏ

Rövzət Qasımov: Seçkilərlə bağlı ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılacaq

Tarix:13-01-2024, 19:20 Oxunub:171


Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılacaq.

 xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib: “MSK artıq seçki dairələrinin siyahısını dərc edib, açıq və qapalı seçki yerləri müəyyənləşdirilib. Həftədə 3 saat efir vaxtı vermək imkanı var. MSK vaxtın uzadılması ilə bağlı yerli televiziya kanalları ilə danışıqlar aparır. Yerli media orqanlarından ödənişsiz təşviqat işlərində namizədlərə dəstək məqsədilə “Azərbaycan”, “Xalq” , “Bakinski raboçiy” qəzetlərinin sırasına artıq “Respublika” qəzeti də qoşulub. 8 dəqiqə 57 saniyə vaxt ayrılacaq və prezidentliyə namizədlərin Azərbaycan ərazisində fəaliyyət göstərən telekanallar vasitəsilə öz platformalarını təqdim edəcəklər”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman