Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, ən çox qar cənub bölgəsində müşahidə olunur. Hazırda qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 santimetrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan Muxtar Respublikasında 3 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.