VETENİM-AZERBAYCANDİR.AZ
Yasamal rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” kitabının təqdimatı keçirilib.Təqdimat mərasimində şəhid ailələrinin nümayəndələri, əlillər, qazilər, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində Yasamal Mərkəzi Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova kitabda əhatə olunan məsələlər, müəllifin yaradıcılıq xüsusiyyətləri və bəhs olunan mövzunun əhəmiyyətindən danışıb.
Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadələrin atası Elman Məmmədov, şəhid Əmrulla Əliyevin atası Vahid Əliyev, şəhid Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, Xüsusi Təyinatlı Qüvvələrdə döyüşmüş Polad Rzayev, qazilər İlqar Cəfərov, İlqar Hüseynov və başqaları xalqımızın əldə etdiyi möhtəşəm Zəfərdən və müəllifin kitabda mövzuya yanaşma tərzindən, gənc nəslə aşıladığı vətənpərvərlik hisslərindən danışıblar. Kitabda Qarabağ münaqişəsi, Vətən müharibəsi, eləcə də ötən il sentyabrın 19-da aparılan lokal antiterror tədbirlərindən, Azərbaycan Mili Ordusunun torpaqlarımızın azadlığı uğrunda apardığı rəşadətli mübarizədən, igid Vətən oğullarının göstərdiyi igidlik nümunələrindən bəhs edilir.
Qeyd edilib ki, xalqımızın qəhrəmanlıq tarixi nə qədər vəsf olunsa, Qarabağın azadlığı uğrunda göstərilən şücaətdən nə qədər yazılsa, yenə də azdır.
“Zəfər mənimdir” kitabı bu sahədə uğurlu
bir addım kimi dəyərləndirilib.
Müəllif Sevinc xanım kitabdan parçalar
və yeni şeirlərini oxuyub.
Möhtəşəmliklə keçən tədbirdə şeirlər,
vətənpərvərlik mövzusunda mahnılar
səslənib, videoroliklər nümayiş olunub.
Tədbir iştirakçılarına “Zəfər mənimdir”
kitabı hədiyyə olunub.
P.S Yazıçı - publisist, şairə Sevinc Ağa
Xəlilqızını ürəkdən təbrik edir, ona bu
şərəfli işdə davamlı uğurlar arzu edirik!
Yasəmən Möhübbətqızı
AJB üzvü, İctimai xadim.
Beynəlxalq Sülh Səfiri.
"Qızıl Qələm", "Xan Qızı Natavan",
"Dədə Qorqud" mükafatçısı.