SON DƏQİQƏ

Burun əməliyyatından sonra ölən qızla bağlı rəsmi açıqlama

Tarix:9-06-2021, 00:28 Oxunub:318

Baş Prokurorluq “Azər-Türk Med” klinikasında pasiyentin əməliyyatdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlayıb.
Mətbuat xidmətindən Vetenim-azerbaycandır.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Arzu Süleymanovanın mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman