
Hər kəsə yaxşı tanış olan bu fotolar 1990-cı ilin bu günü - 22 yanvarda çəkilib. Bu fotonun çəkildiyi anlarda Azadlıq meydanında, ona bitişik küçə və meydanlarda, Dənizkənarı bulvar hissəsində 2 milyona yaxın adam olduğu yazılır.
Buraya Sovet-rus tanklarının arasından keçib gəlmişdik. Bir qığılcım olsaydı nələr baş verəcəyini düşünmək belə istəmirəm. Bu gün haqqında xatirələrimi dəfələrlə yazmışam, təkrar eləmək artıqdır.
Saat 16-da tabutları qaldırdıq və asfaltın yox, qərənfil xalçasının üstü ilə Şəhidlər Xiyabanına yollandıq...