Milli Məclisin yaz sessiyasında ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr komitəsindən bildiriblər ki, fevralın 1-də keçiriləcək iclasın gündəliyinə 10 məsələ daxil edilib.
1.Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;
2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;
3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;