SON DƏQİQƏ

Tokayevin Bakıya səfərinin vaxtı bəlli oldu

Tarix:30-01-2024, 18:52 Oxunub:140




Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri 11-12 mart tarixlərində olacaq.

 Report-a istinadən xəbər verir ki, o, Bakıdan Füzuliyə gedəcək və səfər çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman