
Milli Dəyərlərin Qorunması İB-nin - Şəhid və Qazi ailələrinə dəstək Departamentinin rəhbəri və üzvlrəi ilə bu il yanvarın 29-da ilk ziyarət etdiyimiz- Azərbaycanın bütövlüyü uğrunda aparılan İkinci Qarabağ Müharibəsində Füzulidən Şuşayadək gedən döyüşlərdə iştirak edib, Şuşada yaralanmış Qazi Orxan Hüseyinli oldu. Onunla söhbətimizdə bir daha möcüzəli olaraq sağ qaldığınıbir də eşitdik. Orxana “Ağamusa Zirvəsi” Diplomu təqdim edildi. Azərbaycanın bütövlüyü uğrunda gedən Birinci Qarabağ Müharibəsində şəhid olan Veysəl Qasımovun nəşi 31 ildən sonra Daşaltıda aşkarlanıb, 2022-ci ilin yanvarında İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Həyat yoldaşı Mənzər xanımın niskilli söhbətlərinin şahidi olduq. İki qız övladını çətinlikə böyüdüb, təhsil verib. Şəhidin ruhunu əməllərilə yaşadan Mənzər Qasımova “Ağamusa Zirvəsi” Diplomu ilə təltif edildi. Azərbaycanın bütövlüyü uğrunda gedən İkinci Qarabağ Müharibəsində Cəbrayılın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan 20 ilin zabiti -Polkovni Leytenanat Rəşad Quliyevin - Şəhidin ruhunu əməllərilə yaşadan anası Mətanət Quliyevaya da “Ağamusa Zirvəsi” Diplomu təqdim edildi. Gəlişimizlə onlara mənəvi rahatlıq bəxş etdik. Görüşdə iştirak edən Arzu Fərəcova (rəhbər), Ofelya Lütfəliyeva və mən(İB təsisçisi) onlarla səmimi söhbət etdik. Elvira Babayeva hər birinə təcrübəli Psixoterapevt kimi yanaşdı. Təşkilatımızın tərkibinə qatılan Qazi Orxan Hüseyinliyə və Elvira Babayevaya İB-in üzvülük Vəsiqələri təqdim edildi.

