31.01.2024cü il tarixində Alov Qüllələri, Flame Tovers Park Sinemada görkəmli yazıçı Yeganə xanım Kərimzadənin senarisi əsasında çəkilən ÜLKƏR"-filminin Qala gecəsinin təqdimatı keçirilmişdir.
Filmin yaradıcı heyəti: musuqisi sevimli bəstəkarımız Sevinc xanım Tofiqqizi, Layihə rəhbəri və quruluşcu rejissor: Фаиг Нагиев, Rejissorlar: Xəyalə Meydanova və Rövşən Kərimduxt çox təsirli və maraqlı "ÜLKƏR"-filminə birlikdə imza atmışlar.
Dramatiq janrda çəkilmiş "ÜLKƏR"- filmində bir çox tanınmış və eyni zamanda yeni simalar rol almışlar.
Filmin təqdimatına aidiyyatı üzrə Vətənim Azerbaycandır.az informasiya agentliyinin Baş redaktoru Kamran Orucov dəvət almışdır.
Filmdən təsirləndiyini bildirib və baxımlı olmasını qeyd edən Vətənim Azerbaycandır.az informasiya agentliyinin Baş Redaktoru Kamran Orucov ÜLKƏR"- filminin ərsəyə gəlməsində yaradıcı və aktyor heyətinə uğurlar diləyib.Gələn həftədən film şəhərimizin kino- teatrlarında nümayiş olunacaq. Hamınızı "ÜLKƏR"- filminə baxmağa dəvət edirik.Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru: Naile Muradova.