Biz Qərbi Azərbaycanlılar əminik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi əzəli-əbədi torpaqlarımız Qərbi Azərbaycan torpaqları da erməni istilasından azad edilərək öz doğma sahiblərinə qovuşacaq.
İnanırıq ki, Qalib liderimizin dəmir yumuruğu sayəsində növbəti seçkiləri Qərbi Azərbaycan torpaqlarında keçirmək bizlərə də nəsib olacaq.
Fərəhlə deyə bilərik ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.
Cəmilə Fəyyaz,
QAİ Qadınlar Şurasının üzvü, Qacaran şəhəri üzrə icma sədri