SON DƏQİQƏ

Gürcüstan mətbuatı Azərbaycanda prezident seçkilərinin nəticələrinin rəsmən elan olunmasından yazıb

Tarix:13-02-2024, 21:41 Oxunub:149











Gürcüstan mətbuatı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fevralın 13-də keçirilmiş iclasından yazıb.

 xəbər verir ki, “interpressnews.ge”, “apsny.ge”, “sputnik-georgia.ru”, “kavkasia.net” portallarının yaydığı məlumatlarda iclasın fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edildiyi bildirilib.

Qeyd olunub ki, seçkilərdə 92,12 faiz səs toplayan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi rəsmən təsdiqlənib.
Məlumatlarda diqqətə çatdırılır ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb, seçici fəallığı 76,43 faiz olub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman