“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcəklər.
xəbər verir ki, İtaliyanın G7-yə sədrliyi çərçivəsində fevralın 24-də Rusiya-Ukrayna münaqişəsinin ikinci ildönümü ilə əlaqədar “Böyük Yeddilik” ölkələri liderlərinin video-konfrans formatında iclası keçiriləcək.
İtaliyanın Baş naziri Ciorcia Meloninin sədrliyi ilə keçiriləcək iclasda Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı da gözlənilir.
İclasdan sonra birgə bəyanat qəbul ediləcək.