SON DƏQİQƏ

Azərbaycanın xarici işlər naziri Almaniyaya işgüzar səfərə yola düşüb

Tarix:27-02-2024, 19:05 Oxunub:204


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən    bildiriblər ki, səfər çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman