
Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) "Əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemləri və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsi" mövzüsunda 22.02.2024- cü il tarixində Quba şəhərində növbəti seminarı keçirilmişdir.



Keçirilən seminarda əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri üçün faydalı olan müxtəlif ictimai/dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma həyata keçirilmişdir,
Seminar zamanı problemlərlə üzləşənlərlə bağlı məlumatlar toplanaraq əlaqədar dövlət qurumlarına yönləndirilir və həllinə dəstək verilir.


Quba şəhərində keçirilən növbəti seminar ADPU-nun Quba filialının konfrans zalında baş tutmuşdur. Tədbirdə müxtəlif növ əlilliyi olan qadın və qızlar, icmalarda olan nümayəndələr, gənclər, tələbələr iştirak etmişdir. Azərbaycan brendi olan "SENİ" firmasının məhsulları, müxtəlif ləvazimatlar seminar iştirakçılarına təqdim olundu və bukletlər vasitəsi ilə gigiyenik ləvazimatların istifadə qaydaları, özünə xidmət qaydaları haqqında təlimat qaydaları aşılandı. "SENİ" firması “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) tərəfdaşı, əlilliyi olan qadınlara firmanın məhsulları ilə davamlı olaraq sponsorluq edir. Seminarı layihə üzrə təlimçi İradə Rzazadə icra edirdi.
Sonda iştirakçılarla xatirə fotosu çəkildi.