

Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəzi şeylər dəyərlidir çünki onlar sevilir. Qadınlar hər ikisinə layiqdir.
Bu gün dünyanı öz hüquqlarına görə dəyişdirən qadınları anma günüdür. Güclərinə inanan, zəhmətlərinin qarşılığı üçün istənilən müharibəyə getməyə hazır olan qadınların günüdür.
05.03.2024 tarixində “Sahibkar Qadınlar” İctimai Birliyinin və GABA -nın təşkilatçılığı ilə 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə bayram tədbiri keçirildi.
“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Agayeva giriş sözü ilə tədbiri açıq elan etdi və başda Vitse- prezident Mehriban xanım Əliyeva olmaqla bütün xanımlarımızı təbrik etdi.
Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova,”Milan Hospital”ın rəhbəri Xuraman Muradova, “Nərgiz” klinikasının rəhbəri Məlahət Qəhrəmanova, professor İradə Hüseynova, Fəlsəfə elmləri doktoru Afak Əliyeva, şair- jurnalist Gülşən Behbud, “Starkids” şirkətinin rəhbəri Aygün Əliyeva, GABA-nın rəhbəri Nəzrin Əliyeva , “Mələk” qadınlar qrupunun rəhbəri Leyla xanım ,həkim Rəna Nəbiyeva, və bir çox sayılan-seçilən xanımlar iştirak edirdi.




