xəbər verir ki, bu fikirləri “Valday” klubunun proqram direktoru, Rusiyanın tanınmış politoloqu Timofey Bordaçev “Взгляд” qəzetinə müsahibəsində deyib.
Politoloq diqqətə çatdırıb ki, N.Paşinyan, sadəcə olaraq, üzv dövlətlərə təşkilatın işində Ermənistanın iştirak etməyəcəyini bildirib. Onun bəyanatı hüquqi deyil, siyasi xarakter daşıyır və bununla da N.Paşinyan Qərbə sığınaraq onu regiona cəlb etməyə çalışır. “Ermənistanın KTMT-də fəaliyyətini dondurub” deməklə N. Paşinyan Rusiya başda olmaqla, digər üzv dövlətlərə qarşı bəslədiyi münasibəti xarakterizə edib. Rəsmi İrəvan belə bəyanatlarla Qərbə “xoş mesajlar” ötürməklə məşğuldur”, - deyən politoloq vurğulayıb ki, Azərbaycan təzyiq göstərərək Ermənistanı sülh müqaviləsi imzalamaq istiqamətində addımlar atmağa məcbur etmək istəyir. Ermənistan isə müstəqil addım ata bilmədiyini ortaya qoyur.T.Bordaçev qeyd edib ki, Ermənistanın baş naziri məğlubiyyətini qəbul etmək əvəzinə, məsuliyti KTMT üzərinə qoymağa can atır.