VETENİM-AZERBAYCANDIR.AZ

Martın 16-da dostum, "Vətənim Azərbaycandır.az" İnternet Portalının baş redaktoru #Kamran Orucov və baş redaktor müavini olaraq mən məslək yoldaşları kimi Bakıdakı Heydər Əliyev Sarayında "Arif Babayevin Muğam Dünyası" adlı konsertdə ökənin tanınmış xanəndələri və Arif Babayevin tələbələri ustadın ifa etdiyi əsərləridən ibarət proqramı izlədik.


Daha sonra "Ulduzlu axşamlar" silsiləsindən olan bu gecədə Xalq artistləri Könül Xasıyeva, Mələkxanım Eyyubova, Zabit Nəbizadə, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Cabir Abdullayev, Nuriyyə Hüseynova, Firuz Səxavət, Elnarə Abdullayeva, Ehtiram Hüseynov, Könül Kərimova, Sevinc Sarıyeva, Babək Niftəliyev, Fərqanə Qasımova və xanəndə Vüqar Əliyev çıxış etdilər.
Ustadın repertuarından olan bir-birindən gözəl mahnıları onun yetirmələri olan xalq və əməkdar artistlər, xanəndələr bu axşam elə şövqlə ifa etdilər ki, əminəm, bu konsert uzun müddət xatirələrimizdə yaşayacaq. Bütün proqram boyu Qarabağ mövzusu leytmotiv olaraq qaldı. Zira, əslən Ağdamlı olan Arif Babayevin Qarabağ sevgisi onun illər boyu ifa etdiyi mahnıların əsas mövzusu olmuşdur.
Konsert elə həmin mövzuda, möhtəşəm "Qarabağ şikəstəsi" ilə yekunlaşdı. Nağara-zurnanın qanları coşduran sədaları ilə başlayan bu möhtəşəm kompozisiyanı adı çəkilən ifaçılardan bir qrupu ifa etdilər. Arxa ekrandakı Vətən, Qarabağ, Qələbə mövzusundakı görüntülər tamaşaçıların ürəyini bir daha qürurla doldurdu, qalib xalqın nümayəndəsi olduğumuz üçün bir daha fəxr etdik.Həmin axşamın atmosferini konsertdə olmayanlara da çatdırmaq üçün Kamran dostumla bütün ifalardan qısa fraqmentlər çəkmişik. Onları montaj edib gün ərzində Sosial şəbəkələrdə dərc edəcəyəm. Hələlik isə bir video fraqment və fotoları təqdim edirəm.
■

ETİBAR ƏLİYEV
17 mart 2024 il.