VETENİM-AZERBAYCANDIR.AZ

Bir qədər əvvəl Beynəlxalq Muğam Mərkəzində Riad Ağanın "Salam, Rişad" adlı solo konserti başa çatdı. Gənc müğənni iki saat ərzində Azərbaycan bəstəkarlarının və xalq mahnılarını məharətlə ifa etdi.


Konsertin adındakı Rişad onun əkizi olan və dünyasını vaxtsız dəyişmiş mərhum qardaşının adıdır. Riad qardaşının xatirəsinə bəstələnmiş, sözləri özünə məxsus olan mahnısını ilk dəfə ifa etdi. İlk mahnısını isə zalda əyləşmiş anasına ithaf etdi. Vəfalı tələbə onun musiqi təhsilində mühüm rol oynamış müəlliməsini də səhnəyə dəvət etdi, minnətdarlığını bildirdi.
Zal ağzına qədər dolu idi. Xüsusilə gənclər onun ifasını sürəkli alqışlarla qarşılayır, hər ifadan sonra gül dəstələri bağışlayır, smartfonlarının fənərlərini yandıraraq ona dəstək olur, möhtəşəm görüntülər yaradırdılar. İndi həmin görüntülərdən kiçik bir fraqmenti və foto-sessiyanı təqdim edirəm. Gecə montajı bitirə bilsəm səhər həmişə olduğu kimi qısa film konserti də izləyə biləcəksiniz.
■
ETİBAR ƏLIYEV 15 aprel 2024 il.