VETENİM-AZERBAYCANDIR.AZ

17.04.2024-cü il tarixdə RPŞ - nin əməkdaşlığı ilə məktəbimizdə narkotik əleyhinə təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair "Narkotik vasitələrə yox deyək", " Erkən nigahların fəsadları" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Şabran RPŞ-nin baş inspektoru polis polkovnik-leytenantı Rauf İsmayılov, RPŞ-nin şəxsi heyətlə iş üzrə köməkçisi polis mayoru Ruslan Cavadov iştirak etdilər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Çinarə Şeydayeva açdı.
Sonra polis polkovnik-leytenantı R.İsmayilov, məktəbin biologiya müəllimi N.Paşayeva mövzu barədə geniş məlumat verərək, şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzinə əməl etməyi tövsiyə etdilər.



