18 aprel 2024-cü il tarixdə “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin əsas binasinda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” nın icrası ilə bağlı erkən nikah hallarının qarşısının alınması məqsədi ilə valideynlər arasında “Erkən nikaha yox deyək!” adlı maarifləndirmə xarakterili dəyirmi masa keçirilib.
Dəyirmi masanı keçirməkdə məqsəd – erkən nigahın gənclərin, uşaqların təhsilinə, sağlamlığına və fərdi inkişafına vurduğu zərərlər barədə gənc nəsli maarifləndirməkdir. Tədbirlə əlaqədar valideynlər və dərnək üzvləri arasında sorğu aparılılıb.
Dəyirmi masada ADPU-nin Elmi Tədqiqat Mərkəzinin elmi işçisi , əməkdar müəllim Zülfiyyə Vəliyeva, “Ahəng” Psixologiya Mərkəzinin təsisçi direktoru , psixoloq Vüsalə Əmiraslanova, 251 nömrəli tam orta məktəbin psixoloqu Ulkər İbrahimova, mərkəzin direktoru Kəmalə Abdullayeva, əməkdaşları və valideynlər iştirak ediblər.
Tədbirin sonunda iştirakçılar arasında anonim sorğu keçirilib. 





