VETENİM-AZERBAYCANDIR.AZ

Aprelin 24-də Bakıda Heydər Əliyev Mərkəzində baş tutan Qırğız Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimindən əvvəl qonaqlar və iştirakçılar foyedə təşkil edilmiş Qırğızıstanın dekorativ, tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış oldular.


Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Bu hissədə Qırğızıstan və Azərbaycan mədəniyyət nazirləri qısa çıxışlar etdilər. Bundan sonra izləyicilərə Qırğızıstanın incəsənət ustalarının ifasında rəngarəng və maraqlı konsert proqramı təqdim olundu.




Bu gün aprelin 25-də Mədəniyyət Günləri proqram üzrə davam edəcək, axşam Musiqili Teatrda keçiriləcək tədbirdə günə yekun vurulacaq. Ümumiyyətlə isə, Qırğız Mədəniyyəti Günlər sabah aprelin 26-da başa çatacaq.

■
ETİBAR ƏLIYEV
25 aprel 2024 il.