VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycanda ölkəmizlə yanaşı Türkiyə və Gürcüstanın iştirakı ilə təbii fəlakətlər zamanı axtarış və xilasetmə işləri üzrə birgə hərbi təlimlər keçiriləcək.
VETENİM-AZERBAYCANDIR.AZ -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlər 13-18 may tarixinə planlaşdırılıb.Qeyd edək ki, mayın 6-da başlayan beynəlxalq təlim mayın 17-nə qədər davam edəcək. Təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.