SON DƏQİQƏ

Vaşinqtonda Ceyhun Bayramov, Ararat Mirzoyan və Antoni Blinken arasında üçtərəfli görüş başlayıb

Tarix:10-07-2024, 19:35 Oxunub:155

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.
bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub.
Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Antoni Blinkenin təşəbbüsü ilə baş tutur.

VİDEO




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman