SON DƏQİQƏ

Azərbaycan millisi Avropa çempionatında bu gün final matçına çıxacaq

Tarix:14-07-2024, 13:27 Oxunub:157

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.
Komanda Kipr yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman