SON DƏQİQƏ

Avropa çempionatı: Azərbaycan millisi finala yüksəlib

Tarix:28-07-2024, 17:01 Oxunub:169

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 66:49.
Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman