“Ermənistan ordusu sərhəddən geri çəkilir, onları sərhədçilər əvəz edir. Bu, Azərbaycanın Ermənistan qarşısındakı tələblərindən biridir və Paşinyan Əliyevin bu tələbini yerinə yetirir”.
bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan deyib.
Danielyan bildirib ki, region sürətlə müharibəyə doğru gedir, Ermənistan hakimiyyəti isə “xoşbəxt həyat” yaşayır.
“Sərhəddən döyüşə biləcək ordunu geri çəkir, sərhədçiləri yerləşdirirlər. Əslində Ermənistan hakimiyyəti bununla Əliyevin daha bir tələbini yerinə yetirir. Bakı tələb edir ki, Ermənistan ordusunun sayı azaldılmalıdır. Eyni zamanda, azərbaycanlıların geri qayıdıb burada məskunlaşmasını tələb edirlər. Belə davam edərsə, Ermənistanın heç bir şansı olmayacaq”, - erməni deputat qeyd edib.