SON DƏQİQƏ

Mikayıl Cabbarov: Hacı Əliyev hər zaman komanda yoldaşlarına nümunə olub

Tarix:13-08-2024, 01:20 Oxunub:126

O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub.
bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyevin karyerasını baş vurması ilə bağlı sosial şəbəkə hesabında yazıb.
"Ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürümü bildirirəm. İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı", - deyə AGF rəhbəri bildirib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman