Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın doğum günüdür. Bu gözəl günün təcəssümü ilə Ələddin MMC.nin Sahibkarı Arzu xanım Fərəcova nəşr etdirdiyi, yeni işıq üzü görmüş "Zamana sığmayan ömür:- adlı kitabı Mehriban xanım Əliyevanın doğum günü hədiyyəsi olaraq xalqımıza təqdim edib. Kitab: "Bizim Mehribanımıza" ithaf edilib.
Həmçinin kitabda Ölkəmizə faydalı olan, xalqımız tərəfindən sevilən, siyasi, mədəni və sosial sahələrdə genişmiqyaslı işlər görmək üçün güc, enerji və ilham mənbəyi olan birinci Xanımın qayğısı sayəsində Heydər Əliyev Fondunun böyük uğurlar əldə etdiyindən bəhs edilir.
Xoşməramlı səfir Mehriban xanım Əliyeva mədəni- mənəvi dəyərlərin qorunub saxlanmasında xalqımıza mükəmməl töhfələr bəxş etmişdir. İnsanlar arasında sülh və anlaşma, mədəniyyətlərarası dialoq, gənclər arasında möhkəm ünsiyyət, ölkələrimizin sıx iqtisadi əlaqələrinin inkişafı haqqında Arzu Fərəcovanın Mehriban xanıma həsr etdiyi kitabda olan qeydlərdə öz yerini tapır. Bununla yanaşı Birinci xanımın
sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyəti danılmazdır. Ölkəmizdə qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların yaşayış şəraitinin yaxşılaşmasında görülən işlərə böyük dəstək göstərməsi göz qabağındadır.. Bu fədakar missiyaları Arzu xanım Fərəcova öz kitabında ruh yüksəkliyi ilə vurğulamışdır.
Və kitabla yanaşı ARZU xanım, MEHRİBAN XANIM ƏLİYEVAYA möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, həyat və fəaliyyətində bol uğurlar arzu edir.. Sevdiklərinizlə birlikdə 100yaşayın.
Vətənim Azerbaycandır.az informasiya agentliyi:
Baş redaktor: Kamran Orucov.
icraçı direktor: Nailə Muradova..
