«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus «Qarabağ» Ro-Ro gəmisinin adını dəyişərək (rebredinq) «Mingəçevir» edib.
bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, gəmi yenə də Xəzərdə Bakı-Türkmənbaşı-Bakı və Bakı-Kurık-Bakı xətlərində daşımalar həyata keçirəcək. «Mingəçevir» hazırda Türkmənbaşıdan Bakı istiqamətinə doğru üzür.
Xatırladaq ki, «Qarabağ» gəmi-bərəsi 2008-ci ildə istismara verilib. Onun uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti isə 5 985 tondur.