Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib.
bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd edək ki, o, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib.