SON DƏQİQƏ

Nuran Mirzəyev...

Tarix:21-10-2024, 16:38 Oxunub:227

44GUN.ORG

​​​​İlk baxışda sadəcə bir ad və soyad....
Amma heç də bir ada və soyada sığmayan böyük bir ürək, böyük bir ömür, böyük bir şücaət, böyük bir cəsarətin sahibini xatırlayacağıq daima Nuranın adını anarkən.
Mirzəyevlər ailəsinin yetirməsi, yeganə oğul övladı olan Şəhid qardaşımız Nuran haqqında o qədər çox sözümüz, sözhətimiz var ki.
Çox əfsuslar olsun ki, Nuranı bir çoxumuza şəhidlik statusu tanıtdı, onun atası Akif dayı ilə Şəhid atası kimi, Təranə xanımı isə Şəhid anası kimi tanıdıq...
Nuran əbədi dünyasına köç etdiyi gün ilk dəfə idi ki, onların evindəydik. İlahi  nə qədər ali, nə qədər mükəmməl bir ailədən, bir ocağdan köç edirdi Nuran, onun valideynlərinə və bir ömür ürəklərinə qardaş dağı çəkilən bacılarının ən ağır günlərində belə özlərinə məxsus qürurlu və məğrur davrranışlarının şahidi oldum. Daha sonra 4 dəfə bu ailənin qonağı olmusam. Hər dəfə daha çox əmin oluram əsl Azərbaycan mentalitetinin bariz nümunəsi olan bir ailə olduqlarına.
Mən Vətənim üçün necə bir qəhrəman oğul yetişdirməyimin fərqində olmamışam deyir Akif dayı... Nuran mənim dostum sirdaşım idi deyir.... Hələ bir sözümü iki etməmidi deyir.... 
Allah sizi səbrlə mükafatlandırsın Akif dayı, sözlər camlələr acizdir sizə nəsə demək üçün.
Təranə ananın dərdli ürəyində böyük bir Nuran qalası var... və o, artıq 4 ildir bu qalanın hər küncünü, hər bucağını gül çiçəklə bəzəyir. Bəlkə də Nurana həsr edəcəyi qayğı, diqqətdir ki, o, çiçəkləri bəsləyir, istər Şəhid Nuran Mirzəyev bulağında, istər onun son mənzilində, istərsə də Nuranın ruhu dolaşan o həyət bacada, bəli hər yerdə Nuran var, hər yerdə onun nəfəsi, onun ruhu var deyir Təranə ana, bununla təsəlli tapır.
Allah səbr versin sizə mələk üzlü anamız.
Nuranın gözəl bacıları Şəfəq və Afaq heç vaxt inanmadıqları qardaş itkisini bir an belə unuda bilmir, onu öz xatirələrində və birdə Nuranın ismi olan sosial şəbəkə hesablarında yaşadırlar.  Olduqca ağırdır qardaş ağrısını, qardaş niskilini bir ömür ürəkdə daşımaq...
Allah səbr versin sizə dəyərli bacılarım.
Və Nuranın daha bir bir bacısı Fatimə, ən çox Nuranı bizə anladan, ən çox Nurandan bizə danışan bibisi qızı.
Hər dəfə onun məzarı başında olarkən onun için- için  acı çəkdiyinin şahidiyəm və onunla hər dəfə qəribə bir sağollaşmağı var Faimənin...... Gələcəm yenə qardaşımyanına ..... Deyir və sağollaşır soyuq məzarı ilə.
Bizim illərdir fəaliyyət göstərdiyimiz ADPU-nun Quba filialında da Şəhid Nuran Mirzəyevin əbədiyaşar xatirəsi hər zaman anılır, onun ölməz ruhu hər daim bu məkanda da yaşayır.
Belə ki, filialımızın rəhbəri hörmətli Yusif müəllim 44 günlük müharibədən sonra azadlığımız, ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün şəhidlərimizə o,cümlədən Quba şəhidlərinə xüsusi diqqət və qayğı nümayiş etdirir. Şəhid ailələrinin ziyarətlərində, anım və doğum günlərində əməkdaşlara birgə iştirak edir, tədbirlərdə xüsusilə qonaq gismində şəhid ailələrinin iştirakını təmin edir,  şəhidlərimizin adlarının auditoriyalara verilməsini istiqamətində xüsusi işlər görmüşdür. Elə bu auditoriyalardan biri də Şəhid Nuran Mirzəyev adına auditoriya idi ki, bu gün universitet tələbələrinin ziyarət yerinə çevrilmişdir. Bu yaxınlarda isə həmən auditoriyada şəhidimizin möhtəşəm büstünün açılış mərasimi oldu. Bu baxımdan bizim üçün Nuranın necə doğma olduğunu  hər kəs  bir daha dərk etmiş olacaqdır. Ruhun şad olsun Nuran. Allah ailənə səbr versin. Biz də müqəddəs ruhun qarşısında söz veririk ki, əbədi yaşamın üçün əlimizdən gələni əsirgəməyəcəyik. Vətən sizinlə fəxr edir, Şəhadətin ali, məqamın uca, məkanın behist olsun!
 

 
Nəhayət Şirinova.
ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman