SON DƏQİQƏ

Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə memorandum imzalayıb

Tarix:13-11-2024, 15:11 Oxunub:59

44GUN.ORG

Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu, COP29-un regional və transregional səviyyədə mühüm nəticələrindən biri. Layihə həmçinin Qara dəniz enerji kabeli ilə əlaqələndiriləcək. Yeni "yaşıl enerji dəhlizi" yaradılmaqdadır", - H. Hacıyev vurğulayıb.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman