SON DƏQİQƏ

Moskvaya qaçan Əsəd və ailəsinin ilk FOTOSU

Tarix:9-12-2024, 13:16 Oxunub:189

44GUN.ORG

Xəbər verdiyimiz kimi, Dünyaca məşhur "Bild" nəşri Suriyanın devrilmiş lideri Bəşər Əsədin təyyarəsinin Moskvaya uçan zaman vurulduğu barədə məlumat yaymışdı. İndi isə Əsəd və ailəsinin yeni görüntüsu dünya mətbuatında paylaşılıb. 
Belə ki, Suriyanın devrilmiş lideri Bəşər Əsəd və ailəsi Rusiyadan sığınacaq alaraq Moskvaya yerləşib.
Əsəd və ailəsinin Moskvaya gəlişi ilə bağlı hava limanından ilk görüntülər yayılıb.
Xatırladaq ki, 8 dekabr səhər saatlarında “Heyət Təhrir əş-Şam” qruplaşması Dəməşqi ələ keçirərək Əsəd rejimini devirib. Bundan sonra Bəşər Əsədin İl-76 yük təyyarəsi ilə Suriyanı tərk etdiyi bildirilmişdi. Təyyarə əvvəlcə radarlardan itmiş və onun vurulması və ya qəzaya uğraması ehtimalı irəli sürülmüşdü.
Sonradan məlum olub ki, radarları söndürərək uçan təyyarə Moskva istiqamətinə yönəlib. Nəhayət, Kreml Bəşər Əsədin və ailəsinin Rusiyadan sığınacaq aldığını rəsmi olaraq təsdiqləyib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman