44GUN.ORG
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində sağ qalan sərnişinlərin sayı 32 nəfərə çatıb.bu barədə AZAL-ın brifinqində bəyan edilib.
Bildirilir ki, sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.