SON DƏQİQƏ

Daxili İşlər Nazirliyindən kiberdələduzluq halları ilə bağlı ÇAĞIRIŞ

Tarix:1-01-2025, 02:03 Oxunub:151

44GUN.ORG
Sumqayıt şəhərində polis əməkdaşları kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə əhali arasında maarifləndirmə işini daha da gücləndirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb.
Diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn üsulla satılan məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər:
"Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır.
Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman