SON DƏQİQƏ

Serbiya Prezidenti Vuçiçdən Azərbaycana təşəkkür: "Qaz təchizatı davam edəcək"

Tarix:13-01-2025, 01:27 Oxunub:62

44GUN.ORG

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana və Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Vuçiç bu barədə özünün sosial media hesabında paylaşım edib.
"Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəblərdən yaranan obyektiv çətinliklərə baxmayaraq Serbiyaya qaz təchizatı davam edəcək. Bu qərara görə Azərbaycana və yaxın zamanda Belqradda böyük səbirsizliklə görüşməyi planlaşdırdığım Prezident İlham Əliyevə sonsuz təşəkkür edirəm", - Serbiya lideri qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl "AnewZ" hökumət mənbələrinə istinadla Azərbaycandan Serbiyaya qaz nəqlinin iki ay müddətinə dayandırılacağına dair məlumatların həqiqəti əks etdirmədiyini açıqlamışdı.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman