SON DƏQİQƏ

Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırıb

Tarix:14-01-2025, 17:17 Oxunub:162

44GUN.ORG

Rusiya və Azərbaycan münasibətləri etibarlı səviyyədədir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında
Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirir:
"Mən onları çox yüksək qiymətləndirirəm, onlar etibarlıdır. Dövlət başçıları müntəzəm əlaqə saxlayırlar, heç bir qapalı mövzu yoxdur. Prezidentlər Vladimir Putin və İlham Əliyev hökumətləri qarşılıqlı faydalı yeni layihələr axtarmağa həvəsləndirmək üçün işləri qaydaya salıblar.
Bu, "Şimal-Cənub" dəhlizinə, Qafqazda və ətrafında digər nəqliyyat layihələrinə aiddir. Eyni zamanda buraya Xəzər dənizinin dayazlaşması məsələsi də aiddir".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman